Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button


Yeni 2012-ci iliniz mübarək!

Aliyev.us - Happy New Year!

Yeni 2012-ci il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Sizləri təbrik edir, Yeni ildə uğurlar arzulayıram!

Hörmətlə, Rəşid Əliyev.

Yeni il qabağı 156 000 $ uduş uğrunda

At YarışlarıDekabrın 29-da atçılığın konkur növü üzrə “Həmrəylik Kuboku” adlı beynəlxalq turnir start götürəcək. ARAF Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş turnir  təşkil edəcək.

Yarışa Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Türkiyə və Qazaxıstan idmançıları qatılacaq. Türkiyə və İrandan dəvət olunmuş hakimlər heyətinin nəzarət edəcəyi turnirin ümumi mükafat fondu 156 000 dollardır. Kiçik və böyük turlardan ibarət olan və 3 gün davam edəcək yarışın sonunda “Qran-Pri” mərhələsi keçiriləcək.

Kiçik turlarda maneələrin maksimum hündürlüyü 125 sm, böyük turlarda 145 sm, Grand-Prix mərhələsində isə 140 – 160 sm olacaq. Turnirin ilk 2 günü saat 12:00-da, “Qran-Pri” mərhələsi isə saat 16:00-da start götürəcək. Yarışın nəticələrinə əsasən idmançıların topladığı xallar onların 2012-ci il London Yay Olimpiya Oyunlarına və Dünya Kuboku turnirinə vəsiqə qazanmasına böyük təsir göstərəcək.

Yanvar ayının 1-dən, Mart ayının 1-dək olan müddət, Beynəlxalq Atçılıq Federasiyası (FEİ) tərəfindən “Lisenziya müddəti” kimi elan edilmişdir. Bu günə olan nəticələrə əsasən FEİ-nin reytinq cədvəlində Azərbaycan çaparı Camal Rəhimov “C” qrupunda liderdir.

Nokia N8-in davamçısı gəlir! Nokia 803.

Gələn il (2012) Nokia N8 modelinin davamçısı ola biləcək 803 modelini ərəsəyə gətirmək fikrindədir. Bu barədə PocketNow mobil telekomunikasiya saytı xəbər veir. Saytda əllərində olan istifadəçi kitabçasına görə bu qərara gəlib. Telefon Windows Phone 7 ƏS üzərində işləməyəcək.

Nokia 803803 modelinin N8 modelinin davamçısı olacağını kamera modilunun genişləndirilmiş hissəsi biruzəyə verir. ELəcədə şəkildəki kamera yanında uzun düzbucağlı bu modeldədə ksenon şəfəqdən istifadə ediləcəyini biruzə verir. Kameranın keyfiyyətinin artırılacağı fikridə modulun yerləşdiyi hissənin 19 mm genişlənməsi faktından irəli gəliranlaşılmaz qalır.

Telefonun fizaynı cəzb edici olaraq qalır və Lumia 710-a nisbətən oxşasada, sonuncusu Windows ƏS sistemi üzərində istehsal olunub və hələlik Hollivud mağazalarında satılacaq. Digər tərəfdən, şayələrə görə, 803 gələn ilin fevra ayında satışa çıxarılacaq.

Kitabçşaya görə aparat NFC funaksiyası və HDMI çıxışınada malikdir. Aparat hansı ƏS üzərində işləyəcəyi hələ tam məlum deyil. Güman ki, bu Windows Phone olmayacaq. Bu fikirə qurğunun üzərində bəzi əməliyyat düymələrinin olmamasından gəlirik. Görünüşə görə o yenədə Symbian üzərində çalışacaq. Bu səfər yəqin ki, ya Carla, yada Donna versiyası ilə.

Biz saydığımızı sayaq, görək çərxi fələk nə sayır.

Bakı yaxınlığında 4.1 bal zəlzələ

ZəlzələBu gün saat 23:33 dəqiqədə Bakı şəhərindən 62 km cənubi-şərqdə, Xəzər dənizində 4,1 bal gücündə zəlzələ qeydə alınmışdır. Bakıda 3 bala qədər hiss olunmuş bu zəlzələ nəticəsində insan təlafatı və tikililərədə zərər yoxdur.

Məlumatın mənməyi: www.seismology.az

11.11.11

Hal hazırda 11 oktyabr 2011-ci il, saat 11:11:11-dir. Yəni tam tamına 11.11.11 11:11:11 :) Arzu tutun!

Müasir klaviatur cəsusları

HardWare KeyLoggerBu yaxınlarda xaricə yaşayan dostumdan maraqlı bir məlumat aldım. Daha sora bu məlumat haqda hamınızla bölüşmək istədim. İş orasındadır ki, xaricdə artıq mod halını almış cəsus avadanlıqlar kompyüterlərə birbaşa həmən kompyüterlərin sahibləri tərədindən yeridilir. Şəkildə belə bir cəsus avadanlığı olan “HardWare KeyGlogger” və ya “KeyStroke” şərti adı ilə  adlandırdığım cihaz, kompyüterin PS/2 portu və klaviaturası arasında taxılmaqla, klaviaturada daxil olunan bütün düymələrin ardıcıllıq və kombinasiyalarını öz yaddaşında həkk edir və gələcəkdə sahibi tərəfindən bu məlumatların istifadəsinə imkan verir.

İctimai yerlərdə (İnternet Klub və s.) kompyüterdən istifadə etmədən öncə, kompyüterə hər hansı bir kənar cihazın qoşulub-qoşulmadığına fikir verin!

Onlar daha çox, İnternet klubkarda, sərgilərdə, otel və aeroportlarda istifadə olunur. Və bunu bəzərinizdə saxlayaraq, ictimai yerlərdə Onlayn Bank Hezablarınıza, Facebook və ya elektron poçt kimi digər şəxsi məlumatlarınız saxlanılan resurs və saytlara daxil olarkən, ehtiyatlı olun. Əgər sizbelə cihaz qurulmuş kompyüterdən hər hansı bir hesabınıza daxil olanız, siz kompyüteri tərk etdikdən dərhal sonra, bu balaca qurğunun yaddaşında saxladığı klavişlər ardıcıllığınl oxumaqla sizin hesaba daxil olmaq olar.

Ona görədə, həssas və şəxsi və ya məxfi hesab etdiyiniz məlumatlarınızın yerləşdiyi resurslara daxil olmamışdan öncə, istifadə etdiyiniz kompyüterin üzərində belə qurğuların olub olmamasını diqqətlə yoxlayın.

Unutmayın! Ehtiyat – igidin yaraşığıdır! (Azərbaycan atalar sözü).

« Yeni yazılar