Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button


Yeni 2012-ci iliniz mübarək!

Aliyev.us - Happy New Year!

Yeni 2012-ci il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Sizləri təbrik edir, Yeni ildə uğurlar arzulayıram!

Hörmətlə, Rəşid Əliyev.

Yeni il qabağı 156 000 $ uduş uğrunda

At YarışlarıDekabrın 29-da atçılığın konkur növü üzrə “Həmrəylik Kuboku” adlı beynəlxalq turnir start götürəcək. ARAF Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş turnir  təşkil edəcək.

Yarışa Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Türkiyə və Qazaxıstan idmançıları qatılacaq. Türkiyə və İrandan dəvət olunmuş hakimlər heyətinin nəzarət edəcəyi turnirin ümumi mükafat fondu 156 000 dollardır. Kiçik və böyük turlardan ibarət olan və 3 gün davam edəcək yarışın sonunda “Qran-Pri” mərhələsi keçiriləcək.

Kiçik turlarda maneələrin maksimum hündürlüyü 125 sm, böyük turlarda 145 sm, Grand-Prix mərhələsində isə 140 – 160 sm olacaq. Turnirin ilk 2 günü saat 12:00-da, “Qran-Pri” mərhələsi isə saat 16:00-da start götürəcək. Yarışın nəticələrinə əsasən idmançıların topladığı xallar onların 2012-ci il London Yay Olimpiya Oyunlarına və Dünya Kuboku turnirinə vəsiqə qazanmasına böyük təsir göstərəcək.

Yanvar ayının 1-dən, Mart ayının 1-dək olan müddət, Beynəlxalq Atçılıq Federasiyası (FEİ) tərəfindən “Lisenziya müddəti” kimi elan edilmişdir. Bu günə olan nəticələrə əsasən FEİ-nin reytinq cədvəlində Azərbaycan çaparı Camal Rəhimov “C” qrupunda liderdir.

Nokia N8-in davamçısı gəlir! Nokia 803.

Gələn il (2012) Nokia N8 modelinin davamçısı ola biləcək 803 modelini ərəsəyə gətirmək fikrindədir. Bu barədə PocketNow mobil telekomunikasiya saytı xəbər veir. Saytda əllərində olan istifadəçi kitabçasına görə bu qərara gəlib. Telefon Windows Phone 7 ƏS üzərində işləməyəcək.

Nokia 803803 modelinin N8 modelinin davamçısı olacağını kamera modilunun genişləndirilmiş hissəsi biruzəyə verir. ELəcədə şəkildəki kamera yanında uzun düzbucağlı bu modeldədə ksenon şəfəqdən istifadə ediləcəyini biruzə verir. Kameranın keyfiyyətinin artırılacağı fikridə modulun yerləşdiyi hissənin 19 mm genişlənməsi faktından irəli gəliranlaşılmaz qalır.

Telefonun fizaynı cəzb edici olaraq qalır və Lumia 710-a nisbətən oxşasada, sonuncusu Windows ƏS sistemi üzərində istehsal olunub və hələlik Hollivud mağazalarında satılacaq. Digər tərəfdən, şayələrə görə, 803 gələn ilin fevra ayında satışa çıxarılacaq.

Kitabçşaya görə aparat NFC funaksiyası və HDMI çıxışınada malikdir. Aparat hansı ƏS üzərində işləyəcəyi hələ tam məlum deyil. Güman ki, bu Windows Phone olmayacaq. Bu fikirə qurğunun üzərində bəzi əməliyyat düymələrinin olmamasından gəlirik. Görünüşə görə o yenədə Symbian üzərində çalışacaq. Bu səfər yəqin ki, ya Carla, yada Donna versiyası ilə.

Biz saydığımızı sayaq, görək çərxi fələk nə sayır.