Bu yaxınlarda xaricə yaşayan dostumdan maraqlı bir məlumat aldım. Daha sora bu məlumat haqda hamınızla bölüşmək istədim. İş orasındadır ki, xaricdə artıq mod halını almış cəsus avadanlıqlar kompyüterlərə birbaşa həmən kompyüterlərin sahibləri tərədindən yeridilir. Şəkildə belə bir cəsus avadanlığı olan “HardWare KeyGlogger” və ya “KeyStroke” şərti adı ilə adlandırdığım cihaz, kompyüterin PS/2 portu və klaviaturası arasında taxılmaqla, klaviaturada daxil olunan bütün düymələrin ardıcıllıq və kombinasiyalarını öz yaddaşında həkk edir və gələcəkdə sahibi tərəfindən bu məlumatların istifadəsinə imkan verir.
İctimai yerlərdə (İnternet Klub və s.) kompyüterdən istifadə etmədən öncə, kompyüterə hər hansı bir kənar cihazın qoşulub-qoşulmadığına fikir verin!
Onlar daha çox, İnternet klubkarda, sərgilərdə, otel və aeroportlarda istifadə olunur. Və bunu bəzərinizdə saxlayaraq, ictimai yerlərdə Onlayn Bank Hezablarınıza, Facebook və ya elektron poçt kimi digər şəxsi məlumatlarınız saxlanılan resurs və saytlara daxil olarkən, ehtiyatlı olun. Əgər sizbelə cihaz qurulmuş kompyüterdən hər hansı bir hesabınıza daxil olanız, siz kompyüteri tərk etdikdən dərhal sonra, bu balaca qurğunun yaddaşında saxladığı klavişlər ardıcıllığınl oxumaqla sizin hesaba daxil olmaq olar.
Ona görədə, həssas və şəxsi və ya məxfi hesab etdiyiniz məlumatlarınızın yerləşdiyi resurslara daxil olmamışdan öncə, istifadə etdiyiniz kompyüterin üzərində belə qurğuların olub olmamasını diqqətlə yoxlayın.
Unutmayın! Ehtiyat – igidin yaraşığıdır! (Azərbaycan atalar sözü).
Bir vaxtlar, rusların işlətdiyi “Tovariş” sözü, əslən Türk mənşəylidir. Bu sözün mənası əminəm ki, çoxunuza məlum deyil. Türk “əqi” dilində “iş” – “dost” deməkdir, “tovar” isə “mülk”. “Tovariş” öz vətənində “kompanyon” və “həmsahib” mənasını verirdi. Eləcədə, bu sözün digər mənbəələrə görə “tovar” və “iş” – yəni, “mal” və “iş” sözlərindən əmələ gələrək işgüzar münasibəti bildirən bir söz kimi istifadə edildiyi bildirilir.
Hibrid nüvə (İng. Hybrid kernel) — modifikasiya olunmuş mikro-nüvələr (kompyüterin əməliyyat sisteminin əsas minimal funksiyalarının toplusu) əməliyyatın sürətləndirilməsi üçün nüvənin sahəsində “nəzərə çarpılmayacaq” hissəsini işlətmək üçün imkan yaradır.
“Hibrid” nüvələrin üstünlükləri və çatışmamazlıqları.
Nəzərdən kerçirilmiş bütün əməliyyat sistemlərinin hazırlanmsası yanaşmalarının öz üstün və əskik cəhətləri var. Bir çox haıda müasir ƏS-ləri bu yanaşmaların ayrı-ayrı kombinasiyalarınan istifadə edir. Misal üçün, hal-hazırda, «Linux»-un nüvəsi monolit sistem olmaqla ayrı-ayrı nüvə modullarından ibarətdir. Nüvənin kompilyasiyası zamanı nüvənin bir çox modul adlandırılan komponentilərinin dinamik yüklənməsi və dayandırılmasına icazə vermək olar. Modulun yüklənməsi zamanı, onun kodu sistem səviyyəsinidə yüklənir və nüvənin digər hissələri ilə əlaqəyə keçir. Modulun daxilində nüvənin ixrac etdiyi istənilən funkaiyalarından istifadə etmək mümkündür.
Yaponiyanın RIKEN Brain Science Institutunun alimləri bu günlərdə həqiqətəndə sensasion bir bəyənat verdilər. Onlar canlının hüceyrələrinin şəffaf edən kimyəvi rentqent kəşf ediblər.
Alimlər uzun zamandır, heç bir cərrahi əməliyyat etmədən canlıların orqanizminin daxilinə baxmaq arzusunda idi və görünür ki, onların arzuları həyata keçdi.
Hal hazırda sınaqlar yalnız siçanların embrionları üzərində aparılırdı. Yuxarıdakı şəkildə adi (solda) və kod adı “Scale A2″ olan maddəni daxil edtdikdən sonra rənglədnirici peqmentdən məhrum olan (sağda) siçanların embrionlarını görürsünüz.
Məhlulun icadının əsas səbəbi – həkim və tədqiqatçılara beyinin xüsusiyyətlərini görmək imkanl verməkdən ibarət idi. İcadın çox geniş və fantastik tətbiq sahəsi var. Doktor Atsushi Miyawaki deyir ki, Scale A2-nin köməyi ilə hətta primat və insanların qara ciyər, böyrək, ürək və əzələləri görmək olar. Hal hazırda diri məxluqlarda tətbiq üçün reakqent həddindən artıq güclüdür. Lakin, artıq alimlər diri toxumaların iş və faliyyətini öyrənməük üçün reaqentin daha yumşaq və zəyif növünü hazırlayırlar.