Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button
Currently Browsing: Tibb

Yapon alimləri gözə görünməz canlıları yaratmağa müvəffəq oldu!

Yaponiyanın RIKEN Brain Science Institutunun alimləri bu günlərdə həqiqətəndə sensasion bir bəyənat verdilər. Onlar canlının hüceyrələrinin şəffaf edən kimyəvi rentqent kəşf ediblər.

Alimlər uzun zamandır, heç bir cərrahi əməliyyat etmədən canlıların orqanizminin daxilinə baxmaq arzusunda idi və görünür ki, onların arzuları həyata keçdi.

Hal hazırda sınaqlar yalnız siçanların embrionları üzərində aparılırdı. Yuxarıdakı şəkildə adi (solda) və kod adı “Scale A2″ olan maddəni daxil edtdikdən sonra rənglədnirici peqmentdən məhrum olan (sağda) siçanların embrionlarını görürsünüz.

Məhlulun icadının əsas səbəbi – həkim və tədqiqatçılara beyinin xüsusiyyətlərini görmək imkanl verməkdən ibarət idi. İcadın çox geniş və fantastik tətbiq sahəsi var. Doktor Atsushi Miyawaki deyir ki, Scale A2-nin köməyi ilə hətta primat və insanların qara ciyər, böyrək, ürək və əzələləri görmək olar. Hal hazırda diri məxluqlarda tətbiq üçün reakqent həddindən artıq güclüdür. Lakin, artıq alimlər diri toxumaların iş və faliyyətini öyrənməük üçün reaqentin daha yumşaq və zəyif növünü hazırlayırlar.