Hal hazırda 11 oktyabr 2011-ci il, saat 11:11:11-dir. Yəni tam tamına 11.11.11 11:11:11
Arzu tutun!
Bu yaxınlarda xaricə yaşayan dostumdan maraqlı bir məlumat aldım. Daha sora bu məlumat haqda hamınızla bölüşmək istədim. İş orasındadır ki, xaricdə artıq mod halını almış cəsus avadanlıqlar kompyüterlərə birbaşa həmən kompyüterlərin sahibləri tərədindən yeridilir. Şəkildə belə bir cəsus avadanlığı olan “HardWare KeyGlogger” və ya “KeyStroke” şərti adı ilə adlandırdığım cihaz, kompyüterin PS/2 portu və klaviaturası arasında taxılmaqla, klaviaturada daxil olunan bütün düymələrin ardıcıllıq və kombinasiyalarını öz yaddaşında həkk edir və gələcəkdə sahibi tərəfindən bu məlumatların istifadəsinə imkan verir.
İctimai yerlərdə (İnternet Klub və s.) kompyüterdən istifadə etmədən öncə, kompyüterə hər hansı bir kənar cihazın qoşulub-qoşulmadığına fikir verin!
Onlar daha çox, İnternet klubkarda, sərgilərdə, otel və aeroportlarda istifadə olunur. Və bunu bəzərinizdə saxlayaraq, ictimai yerlərdə Onlayn Bank Hezablarınıza, Facebook və ya elektron poçt kimi digər şəxsi məlumatlarınız saxlanılan resurs və saytlara daxil olarkən, ehtiyatlı olun. Əgər sizbelə cihaz qurulmuş kompyüterdən hər hansı bir hesabınıza daxil olanız, siz kompyüteri tərk etdikdən dərhal sonra, bu balaca qurğunun yaddaşında saxladığı klavişlər ardıcıllığınl oxumaqla sizin hesaba daxil olmaq olar.
Ona görədə, həssas və şəxsi və ya məxfi hesab etdiyiniz məlumatlarınızın yerləşdiyi resurslara daxil olmamışdan öncə, istifadə etdiyiniz kompyüterin üzərində belə qurğuların olub olmamasını diqqətlə yoxlayın.
Unutmayın! Ehtiyat – igidin yaraşığıdır! (Azərbaycan atalar sözü).
Dünyanın ən bahalı qələminin adı “Mystery Masterpiece” adlanır və o məhdud sayda və 3 növdə hazırlanıb. Qələm Sapfir, Zümrüd və Rubinlə bəzədilib və korusunun hazırlanmasında əsas material kimi qızıl və platin istifadə olunub.
Bir belə qələmin üzərində ümumi çəkisi 20 karat olan 840 brilyant daş var.
Qələmin qiyməti isə, nə az, nə çox, düz 730 000 ABŞ dollarıdır.
İsthesalçı şirkət, bu qələmin əvəzsiz hədiyyə olduğunu qürurla vurğuıayır.
Hal-hazırda Bolqarıstanın prezident seçkilərinin 2-ci turu davam edir. Prezident kürsüsü uğrunda “Bolqarıstanın Avropa sayağı inkişafını dəstəkləyən vətəndaşlar” (QERB) partiyasından Rosen Plevneliev və Bolqar sosialist partiyasından İvaylo Kalfin mübarizə aparır. Bolqarıstan mətbuatının verdiyi məlumata görə, hələ ki, Plevneliyev liderliyi əlində saxlayır. Seçkilərin rəsmi nəticələri sabah elan olunacaq.

Xeylaq bir neçə il bundan öncə, Stiv Jobs (Steve Jobs) öz sjobs@apple.com ünvanına ünvanlanan Apple istfadəçilərinin məktublarına qısa cavablarını vemək ilə məhşurlaşmışdı.
Görünür bu onun köhnə adəti idi. Apple-nin yaranmasının ilk günündən, Stiv çipləri adi vərəqin üzərinə yapışdırmaqla göndərirdi. Bu məktubun bir nümunəsidə elə postun yuxarısındakı şəkildir. Görəsən belə çiplərdən neçə dənə göndərilib?