Bu yaxınlarda xaricə yaşayan dostumdan maraqlı bir məlumat aldım. Daha sora bu məlumat haqda hamınızla bölüşmək istədim. İş orasındadır ki, xaricdə artıq mod halını almış cəsus avadanlıqlar kompyüterlərə birbaşa həmən kompyüterlərin sahibləri tərədindən yeridilir. Şəkildə belə bir cəsus avadanlığı olan “HardWare KeyGlogger” və ya “KeyStroke” şərti adı ilə adlandırdığım cihaz, kompyüterin PS/2 portu və klaviaturası arasında taxılmaqla, klaviaturada daxil olunan bütün düymələrin ardıcıllıq və kombinasiyalarını öz yaddaşında həkk edir və gələcəkdə sahibi tərəfindən bu məlumatların istifadəsinə imkan verir.
İctimai yerlərdə (İnternet Klub və s.) kompyüterdən istifadə etmədən öncə, kompyüterə hər hansı bir kənar cihazın qoşulub-qoşulmadığına fikir verin!
Onlar daha çox, İnternet klubkarda, sərgilərdə, otel və aeroportlarda istifadə olunur. Və bunu bəzərinizdə saxlayaraq, ictimai yerlərdə Onlayn Bank Hezablarınıza, Facebook və ya elektron poçt kimi digər şəxsi məlumatlarınız saxlanılan resurs və saytlara daxil olarkən, ehtiyatlı olun. Əgər sizbelə cihaz qurulmuş kompyüterdən hər hansı bir hesabınıza daxil olanız, siz kompyüteri tərk etdikdən dərhal sonra, bu balaca qurğunun yaddaşında saxladığı klavişlər ardıcıllığınl oxumaqla sizin hesaba daxil olmaq olar.
Ona görədə, həssas və şəxsi və ya məxfi hesab etdiyiniz məlumatlarınızın yerləşdiyi resurslara daxil olmamışdan öncə, istifadə etdiyiniz kompyüterin üzərində belə qurğuların olub olmamasını diqqətlə yoxlayın.
Unutmayın! Ehtiyat – igidin yaraşığıdır! (Azərbaycan atalar sözü).
Əgər sisteminiz (kompyüteriniz) “Missing HAL.DLL” və ya “İnvalid Boot.ini” yə ya buna bənzər digər yüklənmə xətaları göstərirsə, bu heç-də sistemi yenidən silib yazmanızı gərəkdirmir. Bu yaxınlarda bir dostumun kompyüterinə “Missing HAL.DLL” deyə xəta çıxırdı və ƏS (Əməliyyat Sİstemi) yüklənmək istəmirdi. Dedim bəlkə oxucularımında başına belə bir şey gələr… Ona görədə bu yazını diqqətlə oxuyun. Heçdə çox böyük bir əməliyyat etmək lazım deyil. Bunu bilmək üçün, yazının ardını oxuyun… (more…)
Windows XP Professional iki terminal xidmət təqdim edir: uzaq iş masası və uzaq iş masasına qoşulma. Uzaq iş masası istənilən terminal xidmətlər vasitəsi ilə iş masasına daxil olma imkanı verir. Eləcədə o bütün quraşdırılmış proqramlara, icra olunan prosseslərə və işçi stansiyası və yaxud server üçün adi olan bütün qoşulma tiplərinə və eləcədə Windows 2000 Server platformalarımdakı kompyuterin idarə olunması və server tərəfindəki əməliyyatlar seanslarına imkan yaradır.
* Uzaqdan idarəetmə (Remote Console) – ilkin monitordan görüntünü terminal server müştərisinə ötürmək imkanı verir.
* Uzaq iş masasına qoşulma (Remote Desktop Connection) – son istifadəçinin terminal server xidmətlərinin işlədiyi kompyüterlərə qoşulmaq üçün alətdir. Şirkətin evdən işləyən işçiləri, terminal server üzərində olan biznes-əlavələrdən istifadə etdikdə Uzağdan İşləmə Xidmətindən (RAS – Remote Access Service) istifadə edərək telefon vasitəsi ilə uzaq iş masasına qoşula bilərlər. Uzaq iş masasına qoşulma geniş imkanlar yaradır və istənilən ötürücülük qabliyyəti olan şəbəkə üçün optimallaşa bilir.
Uzaq iş masasına qoşulmaq üçün növməti əməliyyatları etmək lazımdır:
1) Start düyməsinə klik edib, Bütün proqramlar (All Programs) bölməsinə keçin;
2) Accessories bölməsində Communications alt bölməsini açaraq, Remote Desctop Connection bəndinə klik edin.
3) Seçənəkləri dəyiçmək lazım gəldikdə Options düyməsinə klik edin.
2-ci bənddəki əməliyyatdan sonra Remote Desctop Connection başçlıqlı pəncərə açılacaq və qoşulacağınız kompyüterin adını və yaxud ünvanını yazaraq ona birbaşa qoşula biləcəksiniz.